Əlaqə Arxiv
news Image
2014.03.22
22:31
| A A A
Xarkov da referendum tələb edir

Xarkovun Azadlıq meydanında Leninin abidəsi önndə toplaşan etirazçılar Ukraynanın cənub-şərq regionlarına geniş muxtariyyət və özünüidarə hüququnun verilməsini tələb edirlər.

 

 

Mitinqdə bir neçə yüz nəfərin iştirak etdiyi bildirilir. Onlar "Referendum!" və "Rusiya!" şüarları səsləndirir.

 

Tribunada çıxış edənlər referendum təyin edilməsini tələb edir və Kiyev hakimiyyətini tənqid edirlər. Onlar xüsusilə də ordunun büdcəsinin milyarderlər və oliqarxların hesabına deyil, adi insanların və onların sosial sığorta vəsaitlərinin hesabına artırılmasına etiraz edir, "neofaşist qruplaşmaların dərhal tərki-silah edilməsini tələb edirlər.

Sizin Reklam Yeriniz