Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğana aid edildiyi bildirilən səs yazısı yayılıb.
Movqe.az türk mediasına istinadən xəbər verir ki, vəd edilən və martın 25-də yayılacağı barədə anonsu verilən səs yazısında Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın 1 milyard dollar nağd pulundan danışılır.
Səs yazısında Ərdoğana aid edilən səsin pulları diqqət çəkmədən başqa yerə aparması ilə bağlı müzakirələr apardığı eşidilir.
Xatırladaq ki, martın 30-da Türkiyədə bələdiyyə seçkiləridir və vəd edilən bu yazının Ərdoğanın rəhbərlik etdiyi AKP-nin seçkiləri qazanma şansına ağır zərbə vuracağı barədə şərhlər verilirdi.AKP-yə aid daha bir gizli kasetin yayılacağı barədə də sosial şəbəkələrdə anonslar verilməkdədir. Bildirilir ki, "vəd edilən" kaset bununla yekinlaşmır.
"Silinmədən izləyin" başlığı ilə yayılan səs yazısını təqdim edirik: