Əlaqə Arxiv
news Image
2014.03.23
14:07
| A A A
Krımoğlu: “Rus vətəndaşlığına keçməyin” deyə bilmərik

Krım Tatar Məclisinin keçmiş sədri Mustafa Krımoğlu Ukrayna Parlamentinin Krım tatarlarını yerli xalq olaraq nəzərdə tutan qanun layihəsinin qəbulunu gecikmiş addım sayıb. 

 

Movqe.az "Axar.az"-istinadən məlumat verir ki, "Əl Cəzirə" kanalının suallarını cavablandıran Krımoğlu digər məqamlara da aydınlıq gətirib: "Biz rus pasportu alacaq Krım tatarlarından Ukrayna pasportunu saxlamağı da tövsiyyə edəcəyik. Krım tatarlarına "rus vətəndaşlığına əsla keçməyin" deyə bilmərik. Ukraynaya nisbətən, Rusiyada əmək haqları iki dəfə artıqdır. Odur ki, bu istiqamətdə zorluq çəkən şəxslər arasından Rusiya vətəndaşlığını seçənlər ola bilər. Fəqət bu şəxslərin Ukrayna vətəndaşlığını qoruması gərəkdir". 

 

Türkiyənin Krım tatarlarına verə biləcəyi mümkün dəstəyə gəlincə, Krımoğlu bildirib ki, qardaş ölkə elə ilk gündən Ukraynanın ərazi bütövlüyünü dəstəkləyib və Krım tatrlarının hüquqlarının qorunmasına səy göstərib. O, əlavə edib ki, Türkiyənin bu məsələdə daha aydın mövqeyi yaxın günlərdə bəlli olacaq. 

 

Krımoğlu həmçinin Türkiyənin hərbi sahədə ata biləcəyi addımlara da toxunub. Onun sözlərinə görə, NATO-ya üzv olduğundan, qurumun məsələyə yaşıl işıq yandırması gərəkdir. Digər tərəfdən isə Türkiyə ilə Rusiya arasında geniş əməkdaşlıq əlaqələri mövcuddur. Bütün bu şərtlər Türkiyənin yaxın vaxtlarda atacağı addımlara təsir edən amillər olacaq. 

 

Sizin Reklam Yeriniz