Əlaqə Arxiv
news Image
2014.03.23
16:04
| A A A
Abdulla Gül Ərdoğana sərt cavab verdi

Türkiyə preizdenti  Abdullah Gül, Hollandiya ziyarəti əvvəlində mətbuat mənsublarının suallarını cavablandırıb. Gül, dinləmə iddialarına bağlı, "Mən də dinləmədiyimi deyə bilmərəm, amma belə şeylərin çıxmasında qayğım yoxdur" deyib.u

 

Tvitterin bağlanılmasına da toxunan prezident bu problemin qısa bir müddət içində bitməsini ümid etdiyini bildirib.

 

Movqe.Az xəbər verir ki, Ədalət və İnkişaf Partiyasının (AKP) Hatay vilayətində keçirdiyi seçki mitinqində Türkiyə baş naziri Rəcəb Təyyib Ərdoğanın çıxışında yenidən dinləmə iddialarından danışılıb.

Publika.Az – ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, baş nazir ölkədəki etibar mühitini pozmaq istədiklərini bildirib.R.T.Ərdoğan Türkiyənin inkişafını dayandırmağa çalışanların olduğunu da dilə gətirib:

 

 

"Hazırda bir baş naziri, prezidenti və nazirləri məhkəmə qərarı olmadan dinləyə bilməzsiniz. Bu adamlar prezidenti də dinləyirlər. Amma bunu açıqlamırlar. Niyə? Məlumatları toplayaraq vaxtı gəlində açıqlayacaqlar. Bunlar montajcı, bunlar saxtakar, bunlar şəbəkədir. Bunların terror təşkilatından fərqi yoxdur", - baş nazir söyləyib.

Sizin Reklam Yeriniz