Əlaqə Arxiv
news Image
2014.03.23
18:49
| A A A
Polşa NATO qüvvələrinin Avropada çoxaldılmasını istəyir

Polşa ABŞ-dan NATO-nun şərq sərhədlərində hərbi mövcudluğunu genişləndirməyi xahiş edir. ANS-in məlumatına görə, bunu Polşanın müdafiə naziri Tomaş Semonyak deyib.

 



O, RMF FM radiosunun efirindəki çıxışında ötən çərşənbə axşamı ABŞ-ın vitse-prezidenti Co Baydenin Polşada olduğunu xatırladıb.



T.Semonyakın sözlərinə görə, ABŞ nümayəndəsi ilə danışıqlar zamanı aydın şəkildə qeyd olundu ki, Polşa Şərqi Avropa tərəfi - NATO müttəfiqi olaraq, Birləşmiş Ştatların Avropada daha böyük hərbi mövcudluğuna ümid edir: "NATO-nun şərq cinahı gücləndirilməlidir".

Sizin Reklam Yeriniz