Əlaqə Arxiv
news Image
2014.03.23
16:05
| A A A
"Azercell" abunəçilərinə xəbərdarlıq etdi

"Azercell" abunəçilərinə xəbərdarlıq edib. Şirkətdən Movqe.az-a daxil olan məlumatda deyilir: "Son günlər "Azercell" şəbəkəsi istiqamətində beynəlxalq mobil dələduzların fəallaşmasını nəzərə alaraq abunəçilərimizə daha diqqətli olmağı tövsiyə edirik. Bununla əlaqədar tərəfimizdən bütun müvafiq tədbirlər görülməkdədir". "Azercell Telekom" şübhəli məzmunlu SMS-lərə geri dönüş etməməyi, həmin SMS-də göstərilən beynəlxalq nömrələrə zəng etməməyi tövsiyə edir: "Əks halda nömrənizin hesabında böyük məbləğdə xərclər yarana bilər".Şirkətin keçirdiyi yeni kampaniya, tarif planları və digər məhsullar barədə məlumatlar Azercell-in rəsmi saytı, "facebook" səhifəsi və mətbuat kanalları vasitəsilə abunəçilərə çatdırılır.

Sizin Reklam Yeriniz