Əlaqə Arxiv
news Image
2014.03.23
16:25
| A A A
Xarici serialda Ermənistan ərazi Azərbaycan torpağı kimi təqdim olundu - Video

Türkiyənin "Samanyolu" telekanalında yayımlanan "Şefkat Tepe" serialında maraqlı məqam diqqət çəkib.  Serialıın 143-cü bölümündə fonda görsənən xəritədə tarixi torpaqlarımız - Dərbənd, Borçalı, Zəngəzur, Göyçə mahalı Azərbaycanın ərazisi kimi göstərilib. Bununla yanaşı xəritədə Ermənistan bütövlükdə Azərbaycanın ərazisi kimi görünən ərazi ilə eyni rəngdə bir dövlətin ərazisi kimi təqdim edilib. 

Vətənpərvərlik ruhunda çəkilən, Türkiyənin daxili problemlərinə həsr olunmuş bu serialda fonda da olsa, həmin xəritənin təkrar-təkrar göstərilməsi çox güman ki, təsadüfi deyil. 

Serialın həmin bölümünü təqdim edirik. Xəritə 1:38 dəqiqədə görsənir. //AzNews.az

Sizin Reklam Yeriniz