Şəhriyar Məmmədyarov ermənini məyus etdi
Rusiyanın Xantı-Mansiysk şəhərində keçirilən
İddiaçılar Turnirində 9-cu turun görüşləri başa çatıb. Movqe.az-ın
ans press-ə istinadən verdiyi xəbərə görə, bu turda Şəhriyar
Məmmədyarov Levon Aronyanla üz-üzə gəlib. Birinci dövrədə rəqibinə
məğlub olan şahmatçımız bu dəfə oyunu öz xeyrinə dəyişməyi bacarıb
1:0.
Beləliklə, Məmmədyarov 9 turdan sonra aktivinə 4.5 xal yazaraq, Karyakin və Kramniklə bərabər 3-5-ci yerləri bölüşdürür. Anand isə 6 xalla hələlik liderliyini qoruyub.
Aronyan 5 xalla 2-ci, Andreykin və Svidler 4 xalla 6-7-ci, Topalov isə 3.5 xalla sonuncu pillədədir.
Martın 25-də keçiriləcək növbəti turda həmyerlimiz qara fiqurlarla keçmiş dünya çempionu Ananda qarşı oynayacaq.