Əlaqə Arxiv
news Image
2014.03.24
13:07
| A A A
Bayram günlərində Azərbaycanda 15 ölü
Bayram günlərində ölkə ərazisində 67 yol nəqliyyat hadisəsi qeydə alınıb. Bu barədə məlumatı ANS PRESS-ə Daxili İşlər Nazirliyi (DİN) Respublika Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi polis polkovniki Kamran Əliyev verib. Bayram günlərində baş verən qəzalar nəticəsində ümumilikdə 15 nəfər dünyasını dəyişib, 91 nəfər isə yaralanıb. Yol nəqliyyat hadisələrinin 20-si paytaxt Bakıda qeydə alınıb. Ölüm faktlarının 2-i, yaralıların isə 35-i paytaxtın payına düşür. Mart ayının 20, 21, 22, 23 24-də 17856 nəfər inzibati xəta törədib. 5815 nəfər sürət həddini aşdığı, 550 nəfər ötmə qaydasını pozduğu, 2364 nəfər isə təhlükəsizlik kəmərindən istifadə etmədiyinə görə cərimələnib.

Dörd gün ərzində 431 sərxoş sürücü aşkarlanıb.
Sizin Reklam Yeriniz