Əlaqə Arxiv
news Image
2014.03.24
15:32
| A A A
Ukraynada dörd azərbaycanlı saxlanıldı

Ukraynada sərhədçilər dörd Azərbaycan vətəndaşını saxlayıblar.

 

"Movqe.az" APA-ya istinadən xəbər verir ki, Ukrayna Dövlət Sərhəd Xidmətindən verilən məlumata görə, Moskvadan Dnepropetrvosk və Xarkov şəhərlərinə gedən Azərbaycan vətəndaşlarının sənədlərinə vurulan möhürün saxta olduğu aşkarlanıb. Həmin hal "Xutor Mixaylovskiy" sərhəd-keçid məntəqəsində, Ukrayna vasitəsi ilə Moldovaya üz tutan digər Azərbaycan vətəndaşının pasportunda da müşahidə olunub.

 

Eyni hadisə Kiyevin "Borispol" beynəlxalq hava limanında da baş verib. Burada isə Tiflisdən gələn iki Azərbaycan vətəndaşının pasportuna vurulan möhürün  saxta olduğu qeydə alınıb.

Sizin Reklam Yeriniz