Əlaqə Arxiv
news Image
2014.03.24
15:33
| A A A
Azərbaycan Dərbənddə olimpiya kompleksi tikəcək

Azərbaycan hökuməti prezident İlham Əliyevin göstərişi ilə Dağıstanın Dərbənd şəhərində müasir olimpiya kompleksinin tikintisini həyata keçirəcək.

 

Dağıstan hökumətinin rəhbəri Abdusamid Həmidov tikinti işlərinə hazırlıqla tanış olmaq üçün Dərbəndə gedib. Onu Dağıstan hökumətinin rəsmiləri müşayiət ediblər.

                                          

Xəbərdə bildirilir ki, İlham Əliyevin göstərişi ilə tikiləcək olimpiya kompleksi ilə bağlı hazırlıq işləri başlayıb və ərazi ayrılıb. Abdusamid Həmidov kompleksin tikiləcəyi ərazi ilə tanış olub.

 

Dərbənd rayonunun rəhbəri Qurban Qurbanov məlumat verib ki, kompleks dostluq parkından, mehmanxanadan, attraksiondan, 7 minlik futbol stadionundan, qapalı üzgüçülük kompleksindən, idman oyunları zalından, tennis kortundan, ticarət mərkəzi və məktəbdən ibarət olacaq.

 

Həmçinin Azərbaycan nümayəndələri Dağıstan ərazisində konserv zavodu, loqistika mərkəzi, keramik plitə zavodu, sement zavodu və s. tikməyi planlaşdırır. Sonuncu layhələri özəl şirkətlər həyata keçirəcək, olimpiya kompleksini isə Azərbaycan hökumətinin maliyyələşdirəcəyi gözlənilir 

Sizin Reklam Yeriniz