Əlaqə Arxiv
news Image
2014.03.25
10:02
| A A A
Qatar eskalatora çıxdı: 32 yaralı (FOTO)
ABŞ-da şəhərətrafı qatarlardan biri relsdən çıxaraq qəza törədib.

Movqe.az-ın ans press-ə istinadən verdiyi xəbərə görə, Çikaqodakı "O'Hare" beynəlxalq hava limanına sərnişin daşıyan 8 vaqonlu qatar sonuncu stansiyada dayandırılarkən relsdən çıxıb və eskalatora dirənərək dayanıb.

Həddindən artıq yüksək sürət səbəbiylə qəza törətdiyi deyilən qatarda 32 nəfər yaralanıb. Yaxınlıqdakı xəstəxanalara çatdırılan yaralılar arasında xoşbəxtlikdən vəziyyəti ağır olan yoxdur.

Qazadan sonra ABŞ-ın ən işlək hava limanlarından biri hesab edilən "O'Hare"yə şəhərətrafı səfərlər müvəqqəti olaraq dayandırılıb.


Sizin Reklam Yeriniz