Əlaqə Arxiv
news Image
2014.03.25
15:02
| A A A
G8 ölkələri iclasından məhrum edilən Rusiyadan açıqlama
G8 ölkələrinin iclasında iştirak etmək hüququndan məhrum edilən Rusiyadan cavab gecikməyib. 

Movqe.az-ın ans press-ə istinadən verdiyi xəbərə  görə, Rusiya prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov, Rusyanın G8 ölkələri ilə əməkdaşlıq etməyə hazır olduğunu söyləyib: "G8 ölkələrinin Rusiya ilə əlaqələrinin təxirə salınmasının zərərverici bir qərar olduğunu düşünürük. G8 ölkələrinin qərarı həm bizə həm də özlərinə zərər verəcək. Amma buna rəğmən Rusiya, G8 ölkələri ilə əməkdaşlıq etməyə hazırdır." 

Qeyd edək ki, ötən gün liderlərin toplantısından sonra yayımlanan bildirişdə Rusiyanın qərarını dəyişdirməyənə qədər G8 ölkələrinin iclaslarında iştirak etməyəcəyi açıqlanıb.
Sizin Reklam Yeriniz