Əlaqə Arxiv
news Image
2014.03.25
14:50
| A A A
Paytaxtda güllələnmənin şok təfərrüatları

 Bakının Zabrat qəsəbəsində iki nəfəri güllələyən şəxsin kimliyi açıqlanıb. Sabunçu Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, bu gün səhər saatlarında Zabrat qəsəbəsində, 307 saylı orta məktəbin qarşısında ov tüfəngi ilə 1994-cü il təvəllüdlü Yaqub Rabil oğlu Musayevi öldürən və 1991-ci il təvəllüdlü Pərvin Cahid oğlu Mehdiyevi isə yaralayan şəxsin Kamil Fərəcov olduğu dəqiqləşib. Hazırda polis onun tutularaq istintaqa təhvil verilməsi istiqamətində əməliyyat-axtarış tədbirlərini davam etdirir.Qeyd edək ki, hadisəni törətməkdə şübhəli bilinən K. Fərəcov qətlə yetirdiyi Y. Musayevin atası Rabil Musayev tərəfindən iki il əvvəl bıçaqlanıb. Həmin hadisədə R. Musayev K. Fərəcovun qardaşı Rafael Fərəcovu boğazını kəsərək öldürüb. K. Fərəcov da qisas almaq məqsədi ilə R. Musayevin oğlunu qətlə yetirib.

Sizin Reklam Yeriniz