Əlaqə Arxiv
news Image
2014.03.26
13:07
| A A A
Bakıda gənc qız yaxınlarını həyəcanlandırdı
Ötən gecə Bakının Binəqədi rayonu ərazisində gənc qızın özünü öldürmək istəyi baş tutmayıb. Rayon Polis İdarəsindən abs press-ə verilən məlumata görə, hadisə Əlizadə küçəsi 117 ünvanında baş verib.

Həmin ünvanda yaşayan 28 yaşlı Leyla Cəfərzadənin yaxınları onu huşsuz vəziyyətdə evdən tapıblar. Dərhal hadisə yerinə təcili yardım çağırılıb. Həkimlərin vaxtında müdaxiləsi nəticəsində qızın həyatını xilas etmək mümkün olub.

Araşdırmalar zamanı qızın intihar məqsədilə çoxlu dərman həbi qəbul etdiyi məlum olub.

Faktla bağlı araşdırma aparılır.
Sizin Reklam Yeriniz