Əlaqə Arxiv
news Image
2014.03.26
15:06
| A A A
"Kurtlar Vadisi"nun aktyoru real həyatda öldürüldü (FOTO)
Məşhur türk serialı "Kurtlar Vadisi" və bir çox filmlərdə rol alan aktyor Nihat Kantemir öldürüldü. 

Movqe.az ans press-ə istinadən xəbər verir ki, silahlı hücuma məruz qalan aktyor, aldığı güllə yaralarından dünyasını dəyişib. Aktyora hücum edənlər onu güllə yağışına tutublar. Naməlum şəxs aktyora 14 güllə vurub. 39 yaşlı Nihat Kantemir xəstəxanaya çatdırılsa da, həkimlərin bütün müdaxilələrinə baxmayaraq onu xilas etmək olmayıb. 

Hadisə belə baş verib: Nihat Kantemir saat 14.00 radələrində Sefaköydəki evindən çıxıb avtomobilinə minib. Bu zaman naməlum bir şəxs aktyorun yanına gələrək tapançayla onu güllə yağışına tutub. Qatil hadisə yerindən qaçarkən, şahidlər təcili yardıma və polisə məlumat veriblər. 

Hadisə yerinə gələn ambulansla özəl xəstəxanaya aparılan gənc aktyorun həyatını xilas etmək mümkün olmayıb. Polislər isə hadisə yerində 14 giliz tapıblar. 







Sizin Reklam Yeriniz