Əlaqə Arxiv
news Image
2014.03.26
15:58
| A A A
Türkiyə Hərbi Hava Qüvvələrinə "vur" əmri verildi
Suriya məxsus döyüş təyyarəsinin Türkiyə Hərbi Hava Qüvvələri tərəfindən vurulduqdan sonra Türkiyə Silahlı Qüvvələrinə yeni əmr verilib. 

Movqe.az-ın ans press-ə istinadən verdiyi xəbərə görə yeni əmrdə qeyd olub ki, türk hərbiçiləri Türkiyənin hava səhədinin pozulması zamanı Ankara və hər hansı bir məkəzdən "vur" əmrini almağı gözləməməlidirlər. 

Türk Hərbi Hava qüvvələri ölkənin hər hansı bir tərəfdən hava sərhədinin pozulması faktını aşkar etdikdə dərhal hədəfi vurmalıdır. Verilən məlumata görə, artıq içərisi bombalarla yüklənmiş Türkiyə Hərbi Hava Qüvvələri məxus F-16 tipli qırıcı təyyarələr Suriyadakı yeganə türk toprağı olan Süleyman Şah Türbəsini müdafiə etmək üçün havada dövrə vururlar. 

Qeyd edək ki, "Əl-Qaidə"yə aid IŞİD silahlıları Süleyman Şah Türbəsi üzərindən Türkiyə bayrağının aşağı salınması üçün 24 marta qədər vaxt vermişdilər. Əgər buna əməl etməsələr türbəni dağıdacaqlarını bəyan etmişdilər.
Sizin Reklam Yeriniz