Əlaqə Arxiv
news Image
2014.03.26
20:07
| A A A
Dünya Bankından Rusiya üçün böhran proqnozu
Krımın birləşdirilməsi ilə bağlı diplomatik böhran davam edərsə Rusiyanın ümumi daxili məhsulu (ÜDM) bu il 1,8% azala bilər. 

Movqe.az ans press-ə istinadən bildirir ki , bunu Dünya Bankının (DB) ekspertləri ehtimal ediblər. DB ekspertlərinin hesabatında bildirilir ki, siyasi münaqişənin intensivləşməsi sərmayələri aşağı sala bilər və şirkətləri Rusiya bazarından çəkindirər. 

20-21 martda ABŞ və Avropa Birliyi "qara siyahıya" salınmış Rusiya deputatlarının, iş adamlarının və hökumət üzvlərinin sayını artırıblar. Vladimir Putinə yaxın olan bu adamların ABŞ və Avropa Birliyinə (AB) girişi qadağan edilir, onların ABŞ və AB-dəki hesabları və mülkiyyət hüquqları dondurulur.

Hələ ki, Rusiya iqtisadiyyatının sahələrinə qarşı iqtisadi sanksiyalar tətbiq edilməyib, amma Vaşinqton və Brüsseldə bunun mümkünlüyündən danışmağa başlayıblar. 
Sizin Reklam Yeriniz