Əlaqə Arxiv
news Image
2014.03.27
11:38
| A A A
Prezident Papayla görüşəcək

ABŞ prezidenti Barak Obama əsasən Ukrayna böhranının müzakirəsinin ütünlük təşkil etdiyi Avropa səfərində ilk dəfə Papa Françislə görüşəcək. Bu haqda Movqe.Az BBC-yə istinad edir. Obama 3 gün sonra Niderland və Brusseldə Avropa liderlərilə 3 günlük danışıqlardan sonra Romaya gedib. Krımın Rusiyadan ayrılaraq Ukraynaya birləşdirilməsi gərginliklri pik həddə çatdırıb. Cənab Obama çərşənbə günü etdiyi çıxışında növbəti hücumlar edilərsə Rusiyaya qarşı daha böyük sanksiyalar ediləcəyini qeyd edib. 

 ABŞ Milli Təhlükəsizlik müşaviri Ben Rodes bildirib ki,  Prezident Barak Obama Papa Françisdən təsirlənərək dünyadakı insanlara qardaşlıq və bərabərlik mesajları verəcək, Papanın liderliyini yüksək qiymətləndirəcək.

 Papayla görüşündən sonra  Obama İtaliya Prezidenti Ciorcio Napolitano ilə görüşəcək, konfransdan əvvəl İtaliya Xarici İşlər Naziri Mateo Renzi ilə qəlyanaltı edəcək. 

Sizin Reklam Yeriniz