Məscidlərə vəhabi cərəyanı ilə bağlı kitablar paylanır
Qafqaz Müsəlmanları İdarəsi (QMİ) tərəfindən çap
edilən "Vəhhabi cərəyanı" kitabı ölkədəki məscidlərə
paylanır. QMİ-nin mətbuat xidmətindən
verilən məlumata görə, QMİ sədrinin müavini, müfti Hacı Salman
Musayevin redaktorluğu və Yusif Bağırovun tərcüməçiliyi ilə
Ayətullah Cəfər Sübhaninın müəllifi olduğu "Vəhhabi cərəyanı" adlı
kitab çapdan çıxıb. Kitab Qafqaz
Müsəlmanları İdarəsinin nəzdindəki Elmi-Dini Şuranın qərarı ilə
nəşr edilib. Kitab Azərbaycan Respublikasının Dini Qurumlarla İş
üzrə Dövlət Komitəsinin Ekpertizasından keçib və komitənin 12
fevral 2014-cü il tarixli DK-53/B saylı məktubuna əsasən çap
olunmasına icazə verilib. Kitabın
məscidlərə paylanması Qafqaz Müsəlmanları İdarəsi tərəfindən təmin
edilib.