Bakı həbsxanasında ölüm
Bakının Sabunçu rayonu ərazisində yerləşən 1 saylı
istintaq təcridxanasında ölüm hadisəsi baş verib. Adıçəkilən
təcridxanada saxlanılan 58 yaşlı Rasim Ağayev dünyasını dəyişib.
Ədliyyə Nazirliyinin Tibb baş idarəsinin rəis müavini İftixar
Qurbanovun ANS PRESS-ə verdiyi məlumata görə, hadisə mart ayının
25-də qeydə alınıb. İdarənin həkimlərinin ilkin ehtimallarına görə,
saxlanılan şəxs infartktdan dünyasını dəyişib.
R.Ağayevin ölümünün dəqiq səbəbləri təyin edilmiş ekspertizanın nəticələri açıqlanandan sonra məlum olacaq.Qeyd edək ki, R.Ağayev Cinayət Məcəlləsinin külli miqdarda narkotik maddəni saxlama, satma, daşıma (234.3) maddəsi ilə təqsirli bilinərək həbs edilmişdi.