Əlaqə Arxiv
news Image
2012.06.19
12:48
| A A A
Yanardağ fəallaşdı

Movqe.Az bildirir ki, Kolumbiyadakı Nevado del Ruiz yanardağından kül və tüstü çıxmağa davam edir.

Rəsmilər, yanardağdaki hərəkətlilik səbəbi ilə üç həftə əvvəl verdikləri narıncı həyəcan siqnalının hələ etibarlı olduğunu bildiriblər.

Nevado del Ruizin 1985-ci ildə partlaması nəticəsində yaranan palçıq sürüşməsi səbəbi ilə 25 min adam həlak olub.

Yanardağın saçdığı küllərə görə bölgədə 35 min üz maskası paylanılıb.

Rəsmilər, keçən may ayından bəri bağlı olan Manizales şəhəri yaxınlığında yerləşən hava limanının, yanardağ kül sıçratmağa davam edənə qədər bağlı qalacağını söyləyiblər.

Ölkənin mərkəz bölgəsindəki Manizales şəhərində olan Yanardağ Rəsədxanasının bazar günü verdiyi məlumata görə, kül və tüstülər 2 min metr yüksəkliyə çatıb.

Rəsədxanadakı elm adamları xəbərdarlıq ediblər ki, yanardağın  bir neçə "gün və ya həftə" ərzində partlama ehtimalı var.

Yanardağın ətəyindəki çay kənarında yaşayan və baş verə biləcək partlayış riski altında olan təxminən 150 ailə bölgədən çıxarılıb.

1985-ci ildə yanardağın partlaması nəticəsində, Laqunilla çayı sahilindəki Armero şəhəri lavaların əritdiyi qar sularının altında qalıb.

Palçıq sürüşməsindən yaranan su axıntısının sürəti isə saatda 60 kilometrə çatıb.

Sizin Reklam Yeriniz