Əlaqə Arxiv
news Image
2014.03.27
13:25
| A A A
Metroda bağlanan ticarət obyektləri izləri tamam silinəcək
Bakı metrosundakı piyada keçidlərində ticrarət yığışdırılsa da, həmin ticarət obyektlərinin nişanəsi keçidlərdə hələ də qalmaaqdadır. Belə ki, Bakı Metropoliteninin keçidlərində divarlardan piştaxtalar sökülsə də onların heç də xoş olmayan izləri keçidlərin divarlarında iz buraxıb. Metronun Nərimanov metrostansiyasına keçiddə mərmər divarda piştaxtaların vurulduğu dəliklər nəzərə çarpır. Movqe.az məsələ ilə bağlı "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyəti ilə əlaqə saxlayıb. ASC-nin mətbuat ximətinin rəhbəri Nəzakət Tanrıverdiyeva artıq keçidlərdə ticarət obyektlərinin yararsız hala saldığı yerlərin düzəldildiyini söyləyib: "Divarlar bəzi yerlərdə qarlmışdı. Həmin yerləri ağartdılar.  Bu işlər davam etdirilir. Amma mərmərlərdə piştaxtaların buraxdığı dəliklərin necə təmir olunacağını deyə bilmərəm. deyə bilmərəm mərmərlər söküləcək yoxsa yox. Yeqin ki, düzədərlər".
Sizin Reklam Yeriniz