Alyaskanın Rusiyaya birləşdirilməsinin tərəfdarları sürətlə artır
Petisiyada deyilir: "Alyaskanın ABŞ-dan ayrılaraq Rusiyaya birləşdirilməsinə səs verin"
Alyaskanın Rusiyaya birləşdirilməsi ilə bağlı Ağ Evin saytına altı
gün öncə yerləşdirilmiş petisiya bu gün axşam saatlarına artıq 30
min dəstək səsi qazanıb.ABŞ hakimiyyətinin petisiyaya rəsmi cavab
verməsi üçün aprelin 20-ə kimi 100 minə qədər dəstək səsi
qazanmalıdır. Martın 21-də dərc olunmuş petisiyada deyilir:
"Alyaskanın ABŞ-dan ayrılaraq Rusiyaya birləşdirilməsinə səs
verin".Müraciətdə qeyd edilir ki, Sibir sakinləri hələ qədim
zamanlarda Berinq boğazından keçərək Alyaskaya qədər
gediblər.Ruslar 21 avqust 1732-ci il tarixdə Alyaskaya girən ilk
avropalılar olublar.Rusiya 30 mart 1867-ci ildə Vaşinqtonda 7,2
milyon dollar qızıl pula Alyaskanı Amerikaya satıb.