Əlaqə Arxiv
news Image
2014.03.28
09:20
| A A A
Müdafiə Nazirliyi cəbhədə gərginliklə bağlı-Açıqlama
Erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının İcevan rayonunun Paravakar kəndində yerləşən mövqelərdən Ağstafa rayonunun Köhnəqışlaq kəndində, Berd rayonunun Mosesqex və Ayqepar kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Əlibəyli kəndində yerləşən mövqelərimizi atəşə tutublar. Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, hərbi qulluqçular arasında xəsarət alan yoxdur, mülki şəxslərlə bağlı yerli icra orqanları məlumat verə bilərlər. Füzuli rayonunun Qaraxanbəyli, Aşağı Seyidəhmədli, Ağdam rayonunun Sarıcalı, Goranboy rayonunun Tapqaraqoyunlu kəndləri yaxınlığında, Daşkəsən, Göygöl və Xocəvənd rayonlarının ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.Qarşı tərəf cavab atəşi ilə susdurulub.Xatırladaq ki, kütləvi informasiya vasitələrində ötən gün olan atışma nəticəsində hərbçimizin xəsarət alması barədə məlumatlar yayılmışdı
Sizin Reklam Yeriniz