Əlaqə Arxiv
news Image
2014.03.28
10:15
| A A A
GEMO məhsullar Azərbaycana buraxılmayacaq

Azərbaycan Nazirlər Kabineti "Ekoloji təmiz kənd təsərrüfatı haqqında" qanunu ilə bağlı bəzi normativ hüquqi aktların təsdiq edilməsi barədə" 2009-cu il 8 yanvar tarixli qərarına dəyişikliklər edib.

Dəyişikliklər Azərbaycana genetik modifikasiya olunmuş məhsulların idxalının tam qadağan edilməsi ilə əlaqədardır. "Ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsullarının dövriyyəsi Qaydaları"na edilən dəyişikliyə əsasən, bundan sonra Azərbaycana idxal edilən ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsullarının etiketi üzərində onların istehsalı prosesində genetik modifikasiya olunmuş orqanizmlərdən və onların törəmələrindən istifadə edilməməsi haqqında məlumat göstərilməlidir. Buna müvafiq olaraq "Ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsullarının markalanması Qaydası"na da dəyişiklik edilib. Bundan sonra alıcıların seçim etmək hüququnu təmin etmək məqsədi ilə deyil, ümumiyyətlə, Azərbaycanda satışa çıxarılan ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsullarının etiketi üzərində həmin məhsulların istehsalında genetik modifikasiya olunmuş orqanizmlər və onların törəmələrindən istifadə olunmaması haqqında məlumatlar göstərilməlidir.


Sizin Reklam Yeriniz