Əlaqə Arxiv
news Image
2014.03.28
10:22
| A A A
"Şahdəniz" layihəsinin səhmdarlarının tərkibində dəyişikliklər prosesi başa çatır

Norveçin "Statoil" şirkətinin "Şahdəniz" layhəsi və Cənubi Qafqaz qaz kəmərində 10 faizlik iştirak payının Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) və Böyük Britaniyanın BP şirkəti tərəfindən alınması üzrə sövdələşmə yaxın vaxtlarda başa çatacaq. Trend-in məlumatına görə, bu barədə "Nefte Compass" BP-nin "Şahdəniz"in işlənməsi üzrə vitse-prezidenti Al Kuka istinadən xəbər verir.

A.Kuk ümid etdiyini bildirib ki, hər iki sövdələşmə yaxın bir neçə həftə ərzində yekunlaşacaq.

Bəzi KİV-lərin "Total" şirkətinin (Fransa) "Şahdəniz" layihəsində iştirak payını qismən və ya tam satması və "Botaş" şirkətinin (Türkiyə) bu aktivləri əldə etmək istəyi barədə yaydığı xəbərlərə münasibət bildirən A.Kuk qeyd edib ki, BP "Total"ın layihədə iştirak payı barədə Fransa şirkəti ilə danışıqlar aparmır.

Qeyd edək ki, "Statoil"dan daha əvvəl verilən məlumata əsasən, Azərbaycanda şirkətin aktivlərinin alqı-satqısı üzrə sövdələşmə 1,45 milyard dollar təşkil edir.

"Statoil"un Azərbaycanda aktivlərinin bir qismini satması nəticəsində ARDNŞ və BP "Şahdəniz" qaz-kondensat yatağının işlənməsi layihəsində və Cənubi Qafqaz qaz kəmərində müvafiq olaraq 6,7 faiz və 3,3 faiz pay əldə ediblər.

Qeyd edək ki, "Şahdəniz" tərəfdaşları (satın alma əməliyyatlarından sonra) aşağıdakı şirkətlərdir: BP - operator (28,8%), ARDNŞ (16,7%), "Statoil" (15,5%), "Total" (10%), Lukoyl (10%), NIKO (10%) və TPAO (9%).

Sizin Reklam Yeriniz