Əlaqə Arxiv
news Image
2014.03.28
11:36
| A A A
Vərəmli məhbuslar arasında ölüm göstəricisi açıqlandı

Bu gün "Cəzaçəkmə yerlərində MDR Vərəmlə mübarizə. Azərbaycanın təcrübəsi" adlı filmin təqdimat mərasimi keçirilib.  APA-nın məlumatına görə, tədbirdə çıxış edən Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Dəniz Duran bildirib ki, Azərbaycan Ədliyyə Nazirliyi və BQXK 1995-2011-ci illərdə həbsxanalarda vərəmə nəzarət etmək məqsədilə birgə səy göstəriblər: "Bu gün təqdimatı keçirilən film ölkədə fəaliyyət göstərən mərkəzi müalicə müəssisəsində fərdi diqqət, mütəxəssis qayğısı nəticəsində MDR vərəmlə mübarizədə Azərbaycanın model rolu oynadığını nümayiş etdirir".

 Tədbirdə çıxış edən Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsinin rəisi Rəfael Mehdiyev bildirib ki, 1995-ci illə müqayisədə 2010-cu ildə vərəmli məhbusların sayı 58 faiz azalıb. Son 10 ildə isə ölüm faizi 10 dəfə düşüb. R. Mehdiyev deyib ki, 1995-ci ildən bəri 13 mindən çox məhbus vərəmlə bağlı müalicə alıb: "Artıq cəzaçəkmə müəssisələrində vərəmli xəstələrin sayının azalması tendensiyası müşahidə olunur. 2013-cü ildə bu göstərici ən aşağı səviyyəyə düşüb".

Sonra filmə baxış keçirilib.Qeyd edək ki, ingilis dilində hazırlanan film Azərbaycan dilində dublyaj olunub.
Sizin Reklam Yeriniz