Əlaqə Arxiv
news Image
2014.03.28
13:10
| A A A
Azərbaycanda 10 məhkum azadlığa buraxılıb

 "Məhkumlar arasında əsasən ürək və onkoloji xəstəliklər geniş yayılıb". Bunu jurnalistlərə açıqlamasında Ədliyyə Nazirliyi Tibb Baş İdarəsinin rəisi Rəfail Mehdiyev deyib.Onun sözlərinə görə, məhkumlar arasında yoluxucu xəstəliklər də mövcuddur: "HİV-ə, vərəmə yoluxmuş xəstələr də var. Bütün xəstə məhkumların müalicəsi tərəfimizdən həyata keçirilir". R.Mehdiyev bu il məhkumlar arasında ölüm hallarının baş verdiyini də qeyd edib: "Bu il məhkumlar arasında xəstəlikdən ölənlər olub. Lakin bu cür halların sayı getdikcə azalır. Biz məhkumların sağlamlığı üçün adekvat addımlar atırıq. 2013-cü ildə 10 məhkum ağır xəstə olduğu üçün azadlığa buraxılıb. Yəni Ədliyyə Nazirliyi tərəfindən təsdiq olunmuş xəstəlik siyahısı var ki, o cür xəstələrin sağlamlığına məhkumluq təsir edir. Bu cür xəstələr azadlığa buraxılır. Son 10 ildə vərəmdən ölüm halları 10 dəfə, digər xəstəliklərdən ölüm halları isə 3 dəfə azalıb".


Sizin Reklam Yeriniz