Əlaqə Arxiv
news Image
2014.03.28
15:11
| A A A
Əmək kitabçaları ləğv olunur?

"Hazırda əmək müqavilələrinin elektronlaşdırılması ilə əlaqədar qəbul edilən qanuna və Nazirlər Kabinetinin bizə göndərdiyi tapşırıqlara uyğun olaraq nazirlik tərəfindən müvafiq tədbirlər həyata keçirilir". Movqe.Az SİA-a istinadən xəbər verir ki, jurnalistlərə açıqlamasında əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov belə deyib.

Onun sözlərinə görə, məsələ ilə bağlı bütün müvafiq proqram təminatları hazırdır: "Qaydaların layihələri hazırlanıb və hazırda bu digər mərkəzi icra hakimiyyəti orqanları ilə razılaşdırılır. Düşünürəm ki, yaxın günlərdə artıq əmək müqavilələrinin elektronlaşdırılmasına başlanılacaq ki, bu da Azərbaycanda əmək kitabçalarının ləğv edilməsi deməkdir. Belə ki, əmək kitabçalarının yerinə elektron bildirişlər fəaliyyət göstərməyə başlayacaq. Bundan sonra cəmiyyətdə hər bir işəgötürən yeni işçi ilə müqavilə bağlayan zaman onun haqqında istənilən məlumatı bu bazadan ala biləcək. Bu dünyada hər bir sivil ölkədə tətbiq olunana bu qaydalar Azərbaycanda da fəaliyyətə başlayacaq".

Sizin Reklam Yeriniz