Əlaqə Arxiv
news Image
2014.03.28
15:27
| A A A
Azərbaycanda insan alveri qurbanlarının sayı açıqlandı

Azərbaycanda son 10 il ərzində insan alverinə qarşı kompleks mübarizənin hüquqi müstəvidə aparılmasına dövlət, hökumət və parlament səviyyəsində xüsusi diqqət yetirilib.Bu müddət ərzində hüquq-mühafizə orqanları ilə sıx qarşılıqlı əlaqədə həyata keçirilən istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri ilə 580 insan alveri və məcburi əmək faktı aşkarlanaraq 385 nəfər cinayət məsuliyyətinə cəlb edilib, 5 mütəşəkkil dəstə, 152 cinayətkar qrup zərərsizləşdirilib.Bu məlumat İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Koordinatorun "Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair" sənədində əks olunub. Bildirilib ki, insan alverinin qurbanı olan 529 şəxs cəmiyyətə reinteqrasiya olunub. Ötən il icrası başa çatan ikinci Milli Fəaliyyət Planının əhatə etdiyi 2009-2013-cü illərdə insan alverinin doğurduğu təhlükələr barədə ictimaiyyətin məlumatlandırılması prioritet vəzifələrdən olmaqla bu işdə vətəndaş cəmiyyəti nümayəndələrinin və KİV-in imkanlarından istifadə edilərək respublikanın bütün şəhər və rayonlarında ümumilikdə 274 mədəni-kütləvi tədbir, o cümlədən çoxsaylı treninq və seminarlar keçirilib. Profilaktik iş həm də respublikanın 78 məktəbini, litseyini, kollec və uşaq evlərini əhatə edib. İkinci Fəaliyyət Planının icrası dövründə qeydə alınmış 400 insan alveri və məcburi əmək cinayəti üzrə 176 şəxs cinayət məsuliyyətinə cəlb edilib. Müəyyən edilmiş 263 qurbandan 173-ü təhlükəsiz sığınacağa yerləşdirilib. Reinteqrasiya dövründə 232 qurbana birdəfəlik müavinət, 133 nəfərə Kömək Fondundan yardımlar verilib. Həmçinin 48 nəfər işlə təmin edilib, 90 nəfərə peşə kurslarına cəlb olunub, bir çox Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Yardım Mərkəzlərinə istiqamətləndirilib. Səhiyyə  Nazirliyi tərəfindən 155 insan alveri qurbanına və 579 potensial qurbana tibbi yardımlar göstərilib və bu məqsədlər üçün ayrılmış 5 tibb müəssisəsi zəruri avadanlıqlarla təchiz edilib.

Sizin Reklam Yeriniz