Əlaqə Arxiv
news Image
2014.03.28
19:10
| A A A
“Söyün Sadıqov Jirinovskinin “şestyorkasıdır””

"Söyün Sadıqov bu müsahibəsi ilə səviyyəsini bir daha göstərdi. Bir daha ortaya çıxdı ki, bu hansı səviyyədədir". Bu fikirləri SİA-ya açıqlamasında Yeni Azərbaycan Partiyası (YAP) İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov "Azərros"un təsisçisi Söyün Sadıqovun onun haqqında işlətdiyi qeyri-etik ifadələrə münasibətini açıqlayarkən bildirib."Dəfələrlə söyləmişəm, bir daha deyirəm ki, bu adam bazar adamıdır"-deyə, vurğulayan Siyavuş Novruzov onu da qeyd etdi ki, Söyün Sadıqov nəinki Azərbaycan haqqında, eləcə də Rusiyada yaşayan azərbaycanlıların hüququ haqqında danışa bilməz: "Bu adam ötən ilin oktyabr ayında keçirilən prezident seçkilərinə qədər anti-Azərbaycan əleyhinə danışa-danışa gəldi. Ondan sonra isə tamamilə səsini kəsərək yox oldu. Onun kimiləri, eləcə də Azərbaycanda bəziləri Ukraynada baş verən hadisələrdən sonra yenidən ortaya çıxdılar. Belə tiplərə əhəmiyyət vermək lazım deyil. Onu kimin ortaya salması, hansı qüvvələrə xidmət etməsi və məqsədinin nədən ibarət olması hər kəsə məlumdur. Bu baxımdan, belə adamlara əhəmiyyət vermirəm. Çünki onların səviyyəsinə düşmək istəmirəm".Siyavuş Novruzov eyni zamanda daha bir maraqlı məqama toxunaraq vurğulayıb ki, Söyün Sadıqov bu gün Azərbaycan haqqında sərsəm fikirlər səsləndirənlərə cavab vermək yerinə, təlxəklik və "şestyorkalıq" edir: "Belə cəsarətlisənsə, "dilqoparansansa" Jirinovski bütövlükdə Azərbaycan xalqını təhqir edən zaman onun dilini qoparardın, cavabını verərdin. Belə çıxır ki, sən ona "şestyorkalıq" edirsən. Yaxşı olardı ki, bu "dilqoparan" getsin Jirinovskinin dilini qoparsın, çünki yanındadı, uzaqda deyil".

Sizin Reklam Yeriniz