Lukaşenko: Putin diktatoluqda məni qabaqlayıb
Belarus prezidenti Aleksandr Lukaşenko özünü
Avropada KİV-in yaydığı kimi sonuncu diktator hesab etmir.
Movqe.az-ın ans press-ə istinadən verdiyi xəbərə görə, bu
barədə o, "Şuster Live" verilişində Savik Şusterə müsahibəsi zamanı
bildirib. O hesab edir ki, bu məsələdə Rusiya prezidenti Putin onu
xeyli arxada qoyub.
"Mən ona deyirəm: "İndi sən məni qabaqlamısan və
şükr Allaha ki, məndən əl çəkəcəklər və hərşeyi sənin boynuna
qoyacaqlar". O gülür və mən gülürəm"-, deyə Belarus prezidenti
söyləyib.
O həm də özünü diktator hesab etmədiyini bildirib.
"Bəlkə də mən diktator olardım, əgər mənim bunun üçün mənbələrim
olsaydı. Stalin olmaq üçün Sovet İttifaqına malik olmaq lazımdır,
üstəlik nüvə silahı ilə birlikdə.
O zaman diktə etmək olar. Amma, biz belaruslar
günəş altında öz yerimizi yaxşı tanıyırıq. Biz kiməsə diktə etmək
yerinə bizim olanı qoruyaq və heç kimə verməyək"-,deyə Lukaşenko
bildirib. Onun sözlərinə görə, özünü Belarusda diktor hesab etmək
üçün gərək beyinsiz olasan.