Əlaqə Arxiv
news Image
2014.03.29
13:04
| A A A
Azərbaycanlılarla ermənilər Bodrumda yarışacaqlar
Bu il 15-ci dəfə keçiriləcək Beynəlxalq Bodrum Festivalı 20 may tarixində start götürəcək.

Movqe.az ans press-ə istinadən bildirir ki, Bodrum Rəqs Klubu, Avropa Birliyi Nazirliyi və Mədəniyyət Turizm Nazirliyinin dəstəyi ilə təşkil edilən Avropanın ən böyük rəqs festivalını Bodrumda reallaşdırmaq üçün 122 könüllü çalışan artıq işə başlayıb.


Avropa festivallar siyahısında ən üst sıralarda yer tutan "Beynəlxalq Bodrum Rəqs Festivalı" fərqli ölkələrdən gələcək 2 min rəqqası 15 min tamaşaçı ilə görüşdürməyi hədəfləyir. 20-25 may 2014-cü il tarixləri arasında Bodrumda reallaşacaq festivalda UNESCO-da iştirak edəcək. 

Festivalda 30 fərqli ölkədən könüllü gənclər, 14 ölkədən 16 fərqli rəqs qrupu, bir çox rəqs klubları, xalq oyunları dərnəkləri, məktəblərin rəqs birliklərindən ibarət 2 min rəqqas tərəfindən 500-dən çox xoreoqrafiya sərgilənəcək. 30 ölkənin birlikdə hazırlayacağı böyük rəqs isə festivala rəng qatacaq. 

Bu festival Avropa tarixində bir ilkdir. Belə ki, ilk dəfə 30 ölkə bu böyük festivalda bir araya gələcək. Bu layihə çərçivəsində Almaniya, Azərbaycan, Belarus, Bolqarıstan, Çex Respublikası, Ermənistan, Estoniya, Fransa, Gürcüstan, Xorvatiya, Hollandiya, İngiltərə, İrlandiya, İspaniya, İsveç, İtaliya, Çernoqoriya, Latviya, Litva, Macarıstan, Makedoniya, Moldova, Polşa, Portuqaliya, Rumıniya, Rusiya, Sloveniya, Slovakiya, Ukrayna və Yunanıstandan seçilmiş 30 könüllü festivaldan bir ay əvvəl Bodruma gələrək hazırlıqlara başlayacaqlar.

Sizin Reklam Yeriniz