Əlaqə Arxiv
news Image
2014.03.29
15:26
| A A A
Sabah qar yağacaq
Sabah ölkə ərazisində hava şəraiti kəskin dəyişiləcək, qısamüddətli yağıntı olacağı gözlənilir. Gecə saatlarında yağışın bəzi ərazilərdə sulu qara keçəcəyi istisna olunmur. Güclü şimal-qərb küləyi əsəcək, axşama doğru isə küləyin tədricən səngiyəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən ans press-ə verilən məlumata görə, havanın temperaturunun gecə və gündüz 1-4 dərəcə isti olacağı gözlənilir.

Martın 30-da Azərbaycanın rayonlarında hava şəraitinin arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Güclü şimal-qərb küləyi əsəcək.

Havanın temperaturunun gecə 2-5, gündüz 5-10 dərəcə isti, dağlarda gecə 2-5 dərəcə şaxta, gündüz 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti olacağı gözlənilir.
Sizin Reklam Yeriniz