Əlaqə Arxiv
news Image
2014.03.29
17:02
| A A A
Azərbaycanda 3 avtomobil aşdı: ölənlər var
Ötən gün Azərbaycanda 3 avtomobil aşıb. 

ANS PRESS-in daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, aşan avtomobillərin sürücüləri hadisə yerində ölüblər.

Hadisənin biri Sabirabad rayonu Qaragüney kəndinin ərazisində baş verib. Rayon sakini İlkin Ağayev idarə etdiyi "Mitsubishi" markalı avtomobili aşırıb. Sürücü hadisə yeirndə yerində ölüüb.

Oxşar hadisə İmişli rayonu Ağaməmmədli kəndinin ərazisində baş verib. Rayon sakini Səhət Ələkbərov idarə etdiyi "Hyundai" markalı avtomobili aşırıb. Həmin avtomobilin sürücüsü də hadisə yerində ölüb.

Digər hadisə isə Hacıqabul şəhərinin ərazisində baş verib. Rəşad Həmzəyev idarə etdiyi "Mercedes" markalı avtomobili aşırıb. Sürücü ağır yaralanaraq xəstəxanaya yerləşdirilib. Xəstəxanaya yerləşdirilmiş sürücününü həyatını xilas etmək mümkün olmayıb.
Sizin Reklam Yeriniz