Əlaqə Arxiv
news Image
2014.03.29
17:00
| A A A
Bakı Metropolitenindən daha bir qadağa
Bakı Metropolitenində daha bir yeniliyə qərar verilib.Movqe.az ans press-ə istinadən xəbər verir ki, bundan sonra metronun heç bir stansiyasında səyyar satışa və dilənçiliyə imkan verilməyəcək.

Verilən məlumata görə, Bakı Metropolitenin yeni rəisi Zaur Hüseynovun qərarı ilə bundan sonra nə stansiyaların platformalarda, nə də qatarlarda səyyar satıcılığa imkan verilməyəcək.

Bundan əlavə, əvvəllər metroda dilənçilərə, qaraçılara rast gəlinirdisə, indi belə olmayacaq. Daha metroya dilənçilər və qaraçılar buraxılmayacaq.

Hazırda bununla bağlı ciddi müzakirələr aparılır.

Qeyd edək ki, Bakı Metropoliteninə yeni rəis təyin olunandan sonra metronun keçidlərində ticarət obyektləri də ləğv olundu. Əgər Tağı Əhmədovun dövründə metroda addımbaşı dilənçi və səyyar satıcılara rast gəlmək olardısa, indi daha belə olmayacaq.
Sizin Reklam Yeriniz