Əlaqə Arxiv
news Image
2014.03.29
18:00
| A A A
Ermənilər daha bir mülki vətəndaşımızı yaraladılar
Bu axşam saatlarında ermənilər Tovuzun Əlibəyli kəndini atəşə tutublar. ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, atəşkəsin pozulması nəticəsində dinc sakin qolundan yaralanıb.

Belə ki, 29 yaşlı Rəşad Səfər oğlu Əliyev ermənilərin atdığı gülləyə tuş gəlib. O, həyətində olarkən qoluna qəlpə dəyib. Ona ilkin tibbi yardım göstərilib.

Hazırda Rəşad Əliyevin vəziyyəti normaldır.

Qeyd edək ki, ermənilər tez-tez Azərbaycan kəndlərini atəşə tutur. Bunun nəticəsində hərbçilərimizlə yanaşı, mülki sakinlər də yaralanır. Martın 27-də ermənilərin atdığı güllə mülki vətəndaş 44 yaşlı Etibar Qoca oğlu Tağıyev yaralanmışdı.
Sizin Reklam Yeriniz