Əlaqə Arxiv
news Image
2014.03.30
17:00
| A A A
Türkiyədə seçicilər aldandı: bu dəfə smartfon telefonlar və noutbuklar
Türkiyədə smartfon telefonlar və noutbuklar seçiciləri aldadıb. Movqe.az ans press-ə istinadən xeber verir ki, ölkədə keçiriləcək seçkilərə görə Türkiyə Nazirlər Kabinetinin qərarı ilə yaz vaxtına keçid bir günlük təxirə salınıb. Amma Nazirlər Kabinetinin bu qərarına ölkədə istifadə olunan ağıllı telefonlar və noutbuklar əməl etməyib. 

Qərarda göstərilənin əksinə olaraq smartfon telefonlar və noutbuklarda olan saatlar yaz vaxtına uyğunlaşdırılıb. Nəticədə ağıllı telefon və noutbuk istifadəçisi olan seçicilər səsvermə məntəqələrinə tez gəliblər. 

Səs vermənin başlamasına saatlar qalmış məntəqələrin önünə gələn seçicilər alandıqlarını bilib, telefon və noutbuklarından şikayətləniblər.
Sizin Reklam Yeriniz