Əlaqə Arxiv
news Image
2014.03.30
18:04
| A A A
Tovuzda hərbi xidmətə hazırlaşan gənc yol qəzasında öldü
Tovuzun Dondar-Quşçu kəndi ərazisində dəhşətli yol qəzası baş verib. Movqe.az ans press-ə istinadən xəbər verir ki ,qəza nəticəsində sərnişin 18 yaşlı Cavid Cahanoğlu hadisə yerindəcə ölüb. 

Daha 3 nəfər Abdulla Abdullayev, Səbuhi Aslanov və daha bir kənd sakini ağır xəsarətlər alaraq Tovuz Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Hadisə şahidlərinin sözlərinə görə, havanın yağışlı olması və avtomobilin yüksək sürətlə idarə olunması qəzanı qaçılmaz edib.

Qeyd edək ki, qəza zamanı həyatını itirən gənc bir neçə gündən sonra hərbi xidmətə yola düşəcəkmiş.

Həmin ərazidə bir neçə ay bundan öncə də ölümlə nəticələn avtoqəza baş vermişdi. Nəticədə gənc oğlan dünyasını dəyişmişdi.
Sizin Reklam Yeriniz