Əlaqə Arxiv
news Image
2014.03.30
20:05
| A A A
239 sərnişinlə yoxa çıxan “Boinq 777”nin axtarışları davam edir (VİDEO)
Martin 8-də radarlardan yoxa çıxmış Malayziya hava yollarına məxsus sərnişin təyyarəsinin axtarışları davam edir. İçərisində 239 nəfərin olduğu "Boinq 777"-nin axtarışları Cənub Hind okeanında Avstraliya sahillərindən 2000 kilometr məsafədə aparılır. 

Ötən gün Çin təyyarələri daha bir neçə hissə tapdiıqlarını bəyan etmişdi. Bu bəyanatın ardından Çin bölgədə axtarışları gücləndirib. "Si-Si TV" telekanalının məlumatına görə, bölgəyə əlavə yeddi gəmi və 3 təyyarə göndirilib. 

Avstraliyada axtarış zonasına "qara qutu detektoru" ilə təchiz olunmuş təyyarə göndərib. Hadisədən 3 həftədən çox vaxt keçsə də, hələ də mütəxəssislər təyyarənin aqibəti barədə heç nə bilmirlər. (ANS)



Sizin Reklam Yeriniz