Əlaqə Arxiv
news Image
2014.03.30
22:02
| A A A
Bakıda yanan evdə cəsəd tapıldı
Bakının Binəqədi rayonunda yanğın baş verib, ölən var. Movqe.az ans press-ə istinadən xəbər verir  ki, sahəsi 40 kv.m olan şəxsi evin taxta konstruksiyalardan ibarət aynabənd və mətbəx yanıb.

Yanğınsöndürənlər evdən bir cəsəd çıxarıblar.

Evin bir hissəsi yanğından mühafizə olunub.

Lent.az-ın məlumatına görə, Binəqədi qəsəbəsi, 2-ci Mədən, 99-cu korpusda fərdi yaşayış evində baş vermiş yanğın nəticəsində yanaraq ölən şəxs 1961-ci il təvəllüdlü Şamoxin Vyaçeslav Viktoryeviçdir. Onun tənha yaşadığı və spirtli içki aludəçisi olduğu bildirilir.
Sizin Reklam Yeriniz