Əlaqə Arxiv
news Image
2014.03.31
12:01
| A A A
Ərdoğandan balkon mesajı: "Bədəlini ödəyəcəksiniz"

Dünən Türkiyədə keçirilən yerli seçkilərdə Ədalət və İnkişaf Partiyası ( AKP) səslərin 45 faizini alıb. İstanbulda AKP , İzmirdə Respublika Xalq Partiyası ( CHP) seçkini qazanıb. Paytaxt Ankarada isə rəqabət daha böyükdür. CHP namizədi Mansur Yavaş israrla seçimi qazanacağını iddia edir.

Türkiyə daxilində nəticələrin dəqiqləşməsindən sonra Baş nazir Rəcəb Tayyib Ərdoğan Ankarada AKP Ümumi Mərkəzinin balkonundan dəstəkçilərinə müraciət edib.


Movqe.Az BBC-yə istinadən xəbər verir ki, Balkon çıxışında sərt üslub istifadə edən Ərdoğan , müxalifətdəki CHP və Milliyyətçi Hərəkat Partiyasını (MHP ), habelə Gülən dəstəkçilərini hədəf alıb.

"Millət istiqlalına uzanan əlləri sandığa saldı" deyən Ərdoğan , çıxışında bu ifadələri istifadə edib:

"Hal-hazırda qaçanlar qaçdı, sabahdan etibarən də qaçanlar ola bilər. Bəzilərini şəxsən itiham etdim, bunlar qaça bilər dedim. Bunun bədəlini ödəyəcəksiniz."


Həyat yoldaşı Əminə Ərdoğan və oğlu Bilal Erdoğanın da aralarında olduğu ailə fərdləri və bəzi nazirlər də balkon çıxışında Baş naziri müşayət edib.


Yerli seçkilərdə ilkin təyin etmələrə görə partiyaların Türkiyə daxilində təxminən səsvermə nisbətləri belədir:

Ədalət və İnkişaf Partiyası ( AKP)  45 %

Respublika Xalq Partiyası ( CHP)  28%

Milliyyətçi Xalq Partiyası ( MHP) 15%

Sülh və Demokratiya Partiyası( BDP) 6%



Hazırki nəticələrə görə 70 bölgənin bələdiyyə başçısı müəyyən olunub.

AKP 43 , CHP 12 , BDP 8 , MHP 6 bölgədə sekini qazandı. Mardində isə seçkinin qalibi müstəqil namizəd Əhməd Türk olub .

İ

Sizin Reklam Yeriniz