Əlaqə Arxiv
news Image
2014.03.31
14:49
| A A A
Keçmiş nazir müavini: "Oğlumun qətlinin təşkilatçıları başqa adamlardır"

YAP Siyasi Şurasının üzvü, Kənd təsərrüfatı nazirinin sabiq müavini Aslan Aslanovun Publika.Az-a müsahibəsində oğlunun qətlindən danışıb. Movqe.az müsahibənin həmin hissəsini təqdim edirOla bilərmi ki, mərhum oğlunuz Ruslan Aslanovun qətlinin sifarişçiləri məhz Gürcüstan OMON-çuları olsun?

 -Yox, bu ola bilməz. Oğlumun qətlinin təşkilatçıları başqa adamlardır. Onlar indi də yaşayırlar və məndən heyf çıxmaq üçün bunu ediblər. Oğlumun qatilləri mənim həyatıma da 3 dəfə sui-qəsd ediblər. Rəhmətlik Afiyəddin Cəlilov və Şəmsi Rəhimov öldürülən günü, ayın 29-da həmin saatda və həmin dəqiqədə mənə 29 güllə vuruldu, sürücüm və mühafizəçim ağır yaralandı, sürücüm isə bir ildən sonra rəhmətə getdi. O vaxtı mən müdafiə naziri olmuş Məmmədrəfi Məmmədova rəsmi formada müraciət etmişdim ki, mənə mühafizəçi versin. O da mənə 4 nəfər mühafizəçi vermişdi. Bilirsiniz ki, o vaxt Gəncə hadisələrinin qarşısının alınmasında Şəmkir böyük rol oynayırdı. O dövrdə Heydər Əliyevin mənə verdiyi ən ağır, çətin və məsuliyyəti tapşırıqların öhdəsindən gəldim. Həmin oktyabr gecəsi heç kəs Gəncədən OMON-u çıxara bilməzdi, ancaq mən ətrafımda olan dostlarımın sayəsində Gəncədən OMON-u çıxartdım, hökumət binaları azad olundu. O vaxtı mənə bu işdə ətrafımda olan nüfuzlu adamlar kömək etdi. O vaxtı Gəncədə Banditizm İdarəsi yeni yaradılmışdı və Mədət Quliyev də Banditim İdarəsinin rəisi idi. Baş verənləri o da təsdiq edə bilər. O dövrdə OMON-un komandiri isə Tahir adlı şəxs idi, o əslən Şəmkirdən idi. Mən çalışırdım ki, onları ələ alım və sabah hər hansı hadisə baş versə, bu adamlar bizə qarşı olmasın, bizim yanımızda olsun. Doğrudan da həmin vaxtı onlar bizim yanımızda oldu. Sonradan isə Tahiri şərlədilər. Mən bütün bu işləri ulu öndər Heydər Əliyevin tapşırığı ilə icra edirdim. Ovaxtkı hadisələrlə bağlı AzTV-də bir kadr yayımlanır, orada ulu öndər Heydər Əliyev deyir ki, mən Gəncə OMON-unun komandiri ilə danışdım. O kadrlarda səsləndirmə düzgün deyilməyib. Əslində həmin gecə ulu öndər Heydər Əliyev Tahirlə Şəmkirdə mənim yanımda telefonla danışıb. Hətta, həmin telefon danışığı zamanı ulu öndər Heydər Əliyev onlara dedi ki, Aslan Aslanov nə deyirsə, onu da edin.

Sizin Reklam Yeriniz