Əlaqə Arxiv
news Image
2014.03.31
15:40
| A A A
Ukrayna böhranının həlli üçün Parisdə görüşdülər

Rusiya Prezidenti Vladimir Putinin cümə günü ABŞ prezidenti Barak Obamanı telefonla axtarmasından sonra, iki ölkənin xarici işlər nazirləri dünən Parisdə Ukrayna böhranını görüşüb. Movqe.Az xəbər verir ki, ABŞ xarici işlər naziri Con Keri və Rusiya xarici işlər naziri Sergey Lavrovun Rusiya səfirliyində etdikləri görüşdə , Ukraynadakı böhranın həlli üçün təqdim etdikləri təkliflər müzakirə edilib.

 Bu vaxt Krımın Ukraynadan ayrımaıyla nəticələnən böhranın bölgədəki başqa ölkələrə sıçraması ehtimalı , ABŞ-ı qorxutmağa başlayıb. ABŞ sərhədindəki təhlükəsizliyi gücləndirməsi üçün Moldovaya 10 milyon dollar verəcəyini açıqlayıb. Lavrov Keriylə görüşməzdən əvvəl Qərbin federal bir dövlət olması üçün Ukraynaya dəstək verməsini istəyib. Putinin 2000-2005-ci illər arasında baş iqtisadiyyat məsləhətçisi olan Andrej İllarionov da Putinin Rusiyanı genişləndirməyə davam edəcəyini ; Belarus , Baltik ölkələri və Finlandiyaya qədər uzanmaq istədiyi iddiasını irəli sürüb.


Sizin Reklam Yeriniz