Azərbaycanlı nazir beynəlxalq tədbirdə
Movqe.az xəbər verir ki, Rabitə və yüksək
texnologiyalar naziri Əli Abbasov 28-30 mart tarixlərində Birləşmiş
Ərəb Əmirliklərinin Dubay şəhərində Beynəlxalq
Telekommunikasiya İttifaqı tərəfindən təşkil olunan ənənəvi
Dünya Telekommunikasiya Konfransının açılış
sessiyasında iştirak edib. Qeyd edək
ki, 4 ildən bir keçirilən budəfəki tədbir genişzolaqlı
internetin və telekommunikasiya xidmətlərinin inkişafına həsr
olunub. Nazir Əli Abbasov plenar
sessiyada keçirilən iclasda çıxış edərək, ölkə rəhbərliyinin
dəstəyi ilə həyata keçirilən işlər, o cümlədən, beynəlxalq
əhəmiyyətli regional layihələr barədə məlumat verib. "TASİM" və
"EPEG" layihələrinin beynəlxalq əhəmiyyətindən danışan nazir,
təhsildə İKT-nin inkişafından da söz açıb. Məlumat üçün bildirək ki, sözügedən tədbirə BTİ-yə üzv 36
ölkənin naziri və 2000-ə yaxın nümayəndəsi
qatılıb.Konfrans işini aprelin
10-a qədər davam etdirəcək və sonda bəyannamə qəbul
olunacaq. Tədbir çərçivəsində
nazir İran, Polşa, Misir və Uqandanın sektor üzrə aidiyyəti
nazirləri, həmçinin BTİ-nin Baş katibi və Baş katibin müavini,
telekommunikasiya sahəsində fəaliyyət göstərən şirkət rəsmiləri ilə
görüşlər keçirib.