Əlaqə Arxiv
news Image
2014.03.31
17:33
| A A A
Nazirliyin torpağını zəbt etdilər

Bakı Humanitar Kollecinin torpaq sahəsində qanunsuz tikinti işlərinin aparılmasının qarşısı alınıb. Təhsil Nazirliyindən Movqe.az-a verilən məlumata görə, 26 mart 2014-cü il tarixində Bakı Humanitar Kollecinə məxsus torpaq sahəsinin qanunsuz zəbt olunaraq 150 kvadratmetr ərazidə naməlum şəxslər tərəfindən tikinti işlərinin aparılması barədə nazirliyə operativ məlumat daxil olub. Kollecin əməkdaşları tərəfindən qanunsuz tikinti işləri aparan şəxslərə etiraz edilsə də, onların qanuna zidd əməllərinin qarşısını almaq mümkün olmayıb. Məsələyə müvafiq icra hakimiyyəti orqanlarının müdaxiləsindən sonra özbaşına tikili sökülərək ərazi kollecin ixtiyarına qaytarılıb. Təlim-tərbiyə müəssisələrinin ərazilərinin zəbt olunmasına cəhd edən vətəndaşlar birmənalı şəkildə qəbul etməlidir ki, bu cür qeyri-sağlam tendensiya təhsil alanların Konstitusiya hüquqlarının pozulmasına səbəb olur. Bundan sonra da təhsil müəssisələrinin ərazilərinin zəbt olunması hallarına qarşı Azərbaycan Respublikası qanunvericiliyi çərçivəsində ciddi mübarizə tədbirləri davam etdiriləcək.

Sizin Reklam Yeriniz