Əlaqə Arxiv
news Image
2014.03.31
20:06
| A A A
MDB-nin varlığını sual altındadır
Zahid Oruc: “Bir təşkilat ərazi bütövlüyü məsələsinə belə münasibət göstərirsə, onun hansısa iqtisadi, sosial, siyasi işbirliyinin nə anlamı var?”

"BMT Baş Assambleyasında Ukraynadakı vəziyyətlə bağlı qətnamə layihəsinin səsverməsi hüquq və maraqlar arasındakı çarpışmanın şiddətini göstərdi. Bu səsvermə hər kəsə əyan etdi ki, nəinki böyük güc mərkəzləri, əsas dövlətlər, eləcə də kiçik maraqları olan dövlətlər belə öz niyyətlərini, mənafelərini önə çəkirlər". Bu fikirləri millət vəkili Zahid Oruc deyib. Millət vəkili bildirib ki, Azərbaycanın Ukrayna məsələsində deyil, digər ölkələrin həyatı, ərazi bütövlüyü ilə bağlı müzakirələrdə oxşar mövqe tutacağına kimsədə şübhə olmamalıdır: "Azərbaycanın səsvermədə tutduğu mövqeni Ukraynaya simpatiya, hər hansı bir müştərək bağlılıq, müxtəlif birliklərdə, formatlarda əməkdaşlıqdan irəli gələn məsələ kimi qeyd etmək çox yanlışdır. Hətta, Dağlıq Qarabağ məsələsi ilə də əlaqələndirmək doğru deyil. Azərbaycanın bu mövqeyi Rusiya əleyhinə blokda yer almaq, digər dövlətlərlə birləşmək və Qərbin yürütdüyü siyasəti müdafiə etmək anlamına da gəlməməlidir". Z.Oruc onu da qeyd edib ki, MDB BMT-dəki səsvermədən ölü bir qurum kimi çıxıb: "Səsvermənin nəticəsi sübut etdi ki, bu təşkilatın real hüquqi mexanizmləri üzərində qərar tutduğundan söhbət açmaq mümkün deyil. Ermənistan və Belarus açıq şəkildə beynəlxalq hüquqa hörmətsizlik nümayiş etdirdilər. Bu, çox təəssüf doğurur. Birmənalı şəkildə MDB-nin varlığını sual altındadır. Bir təşkilat ərazi bütövlüyü məsələsinə belə münasibət göstərirsə, onun hansısa iqtisadi, sosial, siyasi işbirliyinin nə anlamı var? Sabah onlar Azərbaycan əleyhinə də oxşar mövqe tutmazlarmı? Yeri gəlmişkən, bu təşkilat zamanında Azərbaycana qarşı da belə mövqe sərgiləyib. Ona görə də BMT-də verilən səs, həm də MDB-nin iflasına verilən səs idi".

Sizin Reklam Yeriniz