Əlaqə Arxiv
news Image
2014.03.31
20:30
| A A A
Arda Turanın həyatı kitab oldu
İspan yazar Xuan E.Rodriquez Qarrido tərəfindən qələmə alınan kitab "Arda Turan, Bayrampaşanın dahisi" adını daşıyır

Həyat tərzi İspaniyanın "Atletiko Madrid" klubunun formasını geyən türkiyəli futbolçu Arda Turanın həyatı kitab olub. Movqe.az-ın məlumatına görə, ispan yazar Xuan E.Rodriquez Qarrido tərəfindən qələmə alınan kitab "Arda Turan, Bayrampaşanın dahisi" adını daşıyır. Bu günə qədər Lionel Messi, Cristiano Ronaldo, Mesut Özil, Falkao, Neymar və Benzema kimi dünyaca məşhur futbolçuların həyatlarını kitab halına gətirən "Al Poste" nəşriyyatı Arda Turanı da bu ulduzlar arasına qatıb. Ardanı yaxından tanıyan jurnalistlər və dostlarını istinad olaraq götürən Xuan müvəffəqiyyətli futbolçunun Bayrampaşada başlayan və İspaniyaya qədər uzanan kariera əhvalatını qələmə alıb.

Saqqalı və üzündən əskik olmayan gülümsəməsi ilə Arda Turanın tam fərqli bir futbol fiquru olduğuna toxunan Xuan "Ardaturanismo" fəlsəfəsini, futbolçunun sehrli toxunuşlarını ispan oxucularına çatdırıb.

Sizin Reklam Yeriniz