Əlaqə Arxiv
news Image
2014.04.01
13:14
| A A A
Xəzərin hüquqi statusu ilə bağlı iclas keçiriləcək

Xüsusi İşçi Qrupunun 36-cı iclası Aşqabadda baş tutacaq

Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın işlənib hazırlanması üzrə Xüsusi İşçi Qrupunun 36-cı iclası keçiriləcək. 


Xarici İşlər Nazirliyindən Anspress-ə verilən məlumata görə, iclas 1-3 aprel tarixlərində Türkmənistanın Aşqabad şəhərində olacaq. Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın işlənib hazırlanması üzrə iclas Xəzəryanı dövlətlərin xarici işlər nazirlərinin müavinləri səviyyəsində baş tutacaq. 


İclasda Azərbaycan Respublikasını xarici işlər nazirinin müavini Xələf Xələfov təmsil edəcək.

Sizin Reklam Yeriniz